• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hicran Əzizağa qızı Sadıqzadənin “Azərbaycan bəstəkarlarının musiqili səhnə əsərləriməktəblilərin estetik mədəniyyətinin formalaşmasının mühüm vasitəsi kimi” mövzusunda 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)  ixtisasında pedaqogika elm sahəsi üzrə elmlər doktorluq dissertasiyasının müdafiəsi

    16 sentyabr 2022-ci il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən BED 2.36/1 Dissertasiya şurasında iddiaçı Hicran Əzizağa qızı Sadıqzadə tərəfindən 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)        ixtisasında pedaqogika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan bəstəkarlarının musiqili səhnə əsərləriməktəblilərin estetik mədəniyyətinin formalaşmasının mühüm vasitəsi kimi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Tarix: 16 sentyabr 2022-ci il, saat 12:00

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:

    https://us02web.zoom.us/j/87851355806?pwd=RnRhMWtVSkFLQTAyUVVkbFZzMzJuQT09 

    Müdafiənin identifikatoru: 878 5135 5806 

    Giriş kodu: 123456