Nailə Baloğlan qızı Məmmədovanın “Azərbaycan musiqi folkloru müasir bəstəkarların xor işləmələrində” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi
28 iyun 2022-ci il saat 14:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasında iddiaçı Nailə Baloğlan qızı Məmmədova tərəfindən 6213.01 – Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan musiqi folkloru müasir bəstəkarların xor işləmələrində” mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Tarix: 28 iyun 2022, saat 14:00
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun: https://us02web.zoom.us/j/88102342828?pwd=emVqYU1UUDJ4dHhWRW5qNXdHUURadz09
Müdafiənin identifikatoru: 881 0234 2828
Giriş kodu: 123456