• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    "Azərbaycan etnomusiqişünaslığı (1921-2021)" kitabının təqdimatı keçiriləcəkdir.

                                                             

    1 iyun 2022-ci il tarixində saat 12.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovun "Azərbaycan etnomusiqişünaslığı (1921-2021)" kitabının təqdimatı keçiriləcəkdir.

    Kitab iki hissədən ibarətdir: birinci hissə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş, ikinci hissədə isə Bakı Musiqi Akademiyasında etnomusiqişünaslığın inkişaf yolları işıqlandırılmışdır. Burada Azərbaycan və rus dillərində Bakı Musiqi Akademiyasının əməkdaşlarının çap olunmuş kitablarının, metodik tövsiyələrinin, dissertasiya işlərinin siyahısı və "Tarixin canlı səsləri" adlı audio nəşri yer almışdır.

    Həmçinin azərbaycanlı müəlliflərlə yanaşı, Türkiyə, Rusiya, Qaxazıstan, Tacikistan və Özbəkistanın bir sıra etnomusiqişünas alimlərinim məqalələri toplanmışdır.

    Qeyd edək ki, təqdimatda onlayn canlı bağlantı vasitəsilə bir neçə xarici ölkələrdən olan musiqiçilər də iştirak edəcəkdirlər.