• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Elmira Namiq qızı Hümbətova 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bəstəkar Oqtay Rəcəbovun kamera-vokal və instrumental musiqisi” dissertasiya işinin elmi seminarı.

                                                             

    26 may 2022-ci il saat  12:00 -da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – Musiqi sənəti ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı  Elmira Namiq qızı Hümbətova tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bəstəkar Oqtay Rəcəbovun kamera-vokal və instrumental musiqisi” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Mövzu:  Elmira Namiq qızı Hümbətova 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bəstəkar Oqtay Rəcəbovun kamera-vokal və instrumental musiqisi” dissertasiya işinin elmi seminarı.

    Tarix  26 may 2022, saat  12:00

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:

     https://us02web.zoom.us/j/85965807716?pwd=a0YwSW1YU050WGIycEgwaDZzUWc4dz09

    Kod: 123456