• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may saat 19:30 Heydər Əliyev Sarayında İkinci Qarabağ Müharibəsi Döyüşçülərinin ifasında "Zəfər Tarixi" adlı Musiqili Bədii Gecə.

     

    Gənclər və idman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi , Nərmin isgəndərovanın layihəsi əsasında Müdafiə Nazirliyi,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası , Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Filarmoniyasının təşkilatı dəstəyi ilə keçiriləcəkdir.

    Xeyriyyə tədbiridir. Əldə olunacaq vəsait Yaşat Fonduna ianə olunacaq.

     Biletləri iticket- ya da şəhərin kassalarından əldə edə bilərsiniz.

    https://iticket.az/events/concerts/zefer-tarixi