Bəyimxanım Vəliyevanın “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi
6 iyun 2022-ci il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasında iddiaçı Bəyimxanım Ənvər qızı Vəliyeva tərəfindən 6213.01 – Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Tarix: 6 iyun 2022, saat 12:00
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:
https://us02web.zoom.us/j/86547891229?pwd=VEZ0MjZBbzE4NWFBdjFKSzIxUjJ6UT09
Müdafiənin identifikatoru: 865 4789 1229
Giriş kodu: 123456