• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Görkəmli musiqiçisi, violin ifaçısı və dirijor Dmitri Sitkovetski (Böyük Britaniya) tərəfindən ustad dərsləri keçiriləcəkdir.

     

    2022-ci il May ayının 15-dən mayın 20-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtın müxtəlif konsert salonlarında “Dmitri Sitkovetski ilə görüşlər” silsiləsi çərçivəsində tanınmış skripka ifaçısı və dirijor D.Sitkovetskinin iştirakı ilə bir sıra tədbirlər keçiriləcəkdir. Bu tədbirlər silsiləsinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün ustad dərsləri (16.05.22 BMA-nın böyük zalı -10:30-13-00, 17.05.22 BMA-nın böyük zalı -10:30-13:00), "XX əsrin böyük pianoçusu - Bella Davidoviç" (16.05.22 - Yarat Müasir İncəsənət Mərkəzi - 19:30) və "Skripka sənətinin qızıl dövrü: Frits  Kreysler, Yaşa Heyfets, İequdi Menuxen" mövzularında açıq mühazirələr (20.05.22 - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi - 14:00), musiqiçi ilə yaradıcılıq görüşü (18.05.22 - Azərbaycan Bəstəkarlar İttifaqı - 12:00-13:00). Tədbirlər silsiləsinin kulminasiya nöqtəsi tanınmış musiqiçinin solist və dirijor kimi çıxış edəcəyi kamera konserti olacaqdır. Bu konsertdə Dmitri Sitkovetski və  Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Baku Chamber Orchestranın (bədii rəhbəri SSRİ və Azərbaycan xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın xalq artisti, professor Yeganə Axundova) ifasında  Azərbaycan və dünya klassiklərinin şah əsərlərini səslənəcəkdir. Konsertdə tamaşaçılar İ.S.Baxın skripka və orkestr üçün a-moll konsertindən, skripka üçün “Fratres”, A.Pyartin simli və zərb alətləri, F.Əmirovun “Nizami” simfoniyasından, E. Doxnanyinin simli alətlər üçün D. Sitkovetskinin transkripsiyası ilə serenadadan həzz ala biləcəklər.