2022-ci il 8 aprel tarixində, 17.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında “Xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin Orta ixtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərslər keçiriləcək.
Qeyd edək ki, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası 40 ildir ki, Bakı Musiqi Akademiyası tələbələri üçün pedaqoji, ifaçılıq, konsertmeysterlik və lektorluq təcrübəsinin keçirilməsi üçün baza kimi fəaliyyət göstərir.
İllərdir ki, “Xüsusi pedaqoji hazırlıq” kafedrası və məktəb-studiya arasında sıx yaradıcılıq əlaqələri mövcuddur. Təcrübəçi-tələbələr mütəmadi olaraq açıq dərslər, pedaqoji qiraətlər, elmi-ifaçılıq konfranslarında fəal iştirak edirlər. Keçirilməsi nəzərdə tutulan növbəti açıq dərslər də bu zəmindəndir.
Açıq dərslərin keçirilməsi təcrübəçi-tələbələrin gələcək uğurlu pedaqoji fəaliyyətinə zəmin yaradır. Tələbələrin hazırlığında onların rəhbərlərinin – professorlar Elnarə Məmmədova, Müzəffər Ağamalızadə, dosentlər Nərgiz Əlizadə, Mədinə Tuayeva, Zəhra Qarayeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayevanın müstəsna rolları var.