“Şuşa, sən azadsan!” adlı XV beynəlxalq elmi konfrans
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Şuşa ilinə həsr olunmuş “Mədəniyyət: Problemlər və Perspektivlər” doktorant və gənc tədqiqatçıların “Şuşa, sən azadsan!” adlı XV beynəlxalq elmi konfrans keçirir.
Konfransın keçirilmə yeri və tarixi: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 20 may 2022-ci il
Qeyd: Mövcud pandemiya şəraiti nəzərə alınaraq, konfrans onlayn keçirilə bilər.
Konfransa aşağıdakı bölmələr və istiqamətlər üzrə məqalələr qəbul edilir:
Bölmələr:
1. Sənətşünaslıq (muzeyşünaslıq)
2. Musiqi sənəti
3. Kino, televiziya və digər ekran sənətləri
4. Teatr sənəti
5. Təsviri sənət
6. Fəlsəfə
7. Psixologiya
İstiqamətlər:
1. Muzeyşünaslıq, arxiv və abidələrin qorunması
2. Kinoşünaslıq
3. Mədəniyyət tarixi və nəzəriyyəsi
4. Sosial iş
5. Kitabxana
6. Təsviri incəsənət tarixi və nəzəriyyəsi
7. Musiqişünaslıq
8. Teatrşünaslıq
9. Rejissorluq
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən müəllim heyəti, doktorant, dissertant və gənc tədqiqatçılar iştirak edə bilər.
Konfrans materialları kitab şəklində çap olunacaqdır.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.
Məqalənin əlyazmasını kompüterdə Microsoft Word redaktorunda Azərbaycan, rus və ingilis dillərində, Times New Roman şrifti ilə, 12 ölçüdə, 1,5-intervalla, A4 formatlı ağ vərəqdə tərtib etmək lazımdır. Məqalənin həcmi 6-7 səhifədən az olmamalıdır.
Məqalənin quruluşu:
- Məqalənin UOT indeksi;
- Müəllifin adı, atasının adı, soyadı;
- İşlədiyi müəssisənin adı, vəzifəsi, elmi adı və elmi dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin forması);
- İşlədiyi müəssisənin (və ya doktorant olduğu təşkilatın) ünvanı (poçt nömrəsi göstərilməklə);
- Müəllifin email ünvanı və telefon nömrəsi;
- Məqalənin yazıldığı dildə qısa xülasəsi və açar sözlər (6-10);
- Baş hərflərlə məqalənin adı;
- Məqalənin mətni;
- İstinad olunmuş ədəbiyyat siyahısı;
- Digər iki dildə məqalənin adı, müəllifin adı və soyadı göstərilməklə qısa xülasəsi və açar sözlər (6-10);
Qeyd: Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər tələb edə bilər.
Materiallar 15 aprel 2022-ci il tarixinədək journal.admiu@gmail.com elektron poçtuna qəbul olunur.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (130)