• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”

       

    “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”

    Magistr tələbələrin

    RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI

     Bakı, 5-6 may 2022

     

    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

    ÜZEYİR  HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI

     

     

    “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”

    Magistr tələbələrin

    RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI

     Bakı, 5-6  may 2022

     

    MƏLUMAT MƏKTUBU

     

    2022-ci il 5-6 may  tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda magistr tələbələrin  respublika elmi-praktiki konfransını keçirir. Konfrans Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur.

     

    Konfransın işi aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:

    1. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu
    2. Azərbaycan ənənəvi və bəstəkar musiqisinin problemləri
    3. Etnomusiqişünaslıq müasir mərhələdə
    4. Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri
    5. Azərbaycan ifaçılıq sənətinin aktual problemləri
    6. Musiqidə informasiya texnologiyaları

     

    Konfransda iştirak etmək üçün ali təhsil müəssisələrinin magistr tələbələri dəvət olunur.

      

    KONFRANS TARİXLƏRİ

    Məruzələrin son qəbul günü: 26-27 aprel 2022

    Qəbul olunan məruzələrin elanı: 30 aprel 2022

    Konfransın keçirilmə tarixi:  5-6 may 2022

    MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI

    1. Məruzəçinin soyadı, adı, ata adı, tutduğu vəzifə, iş yeri və ya təhsil aldığı yer, elmi dərəcəsi, elmi adı.

    2. Magistr tələbənin adı, soyadı, ata adı, ixtisası, kursu qeyd olunmalıdır.

    3. Elmi rəhbər haqqında məlumatda soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad göstərilməlidir.

    4. Məruzənin formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır.

    5. Məruzənin həcmi 7 səhifəyə qədər olmalıdır.

    6. Məruzənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı verilməlidir. Ardıcıllıq əlifba sırası ilə düzənlənir (12 pt), nömrələnmir.

    7. Xülasə azərbaycan, ingilis, rus dillərində tərtib olunmalıdır.

    8. Açar sözlər 8-10 sözdən ibarət olmalıdır.

    9. Elmi rəhbərin rəyi təqdim olunmalıdır.

    10. Məqalələr müəllif redaktəsi ilə çap olunur.

    11. Konfrasın işçi dilləri – azərbaycan, ingilis, rus, türk dilləridir.

    11. Konfrans materialları “Musiqi dünyası” (ISSN 2219-8274 (Print), ISSN 2219-8482 (Online) jurnalında dərc olunacaq.

     

    Elektron poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    İnternet ünvan: http://musicacademy.edu.az

     

    İştirak etmək üçün ərizə forması

    Magistr tələbənin adı, soyadı,ata adı, təhsil aldığı yer, ixtisası, kursu

     

    Məruzənin / mühazirənin mövzusu / nəşr təqdimatları

     

    Mövzu istiqaməti

     

    İştirak forması

     

    - əyani;

    - distant (onlayn)

    Məruzənin təqdim olunduğu dildə annotasiya (150 sözə qədər)

     

    Əlaqə: telefon, ünvan, elektron poçt ünvanı

     

    Elmi rəhbər haqqında məlumat:  soyadı, adı, ata adı, iş yeri, vəzifəsi, elmi dərəcəsi, elmi adı  

     

    Əlavə məlumat

     

    Çıxış üçün tələb olunan xüsusi texniki vasitələr

    Digər