• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kəmalə Qasım qızı İsmayılovanın “Musiqi müəllimliyi ixtisası üzrə peşə və şəxsi keyfiyyətlərin formalaşdırılması” pedaqogika elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

                                                                        

    16 mart 2022-ci il saat 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasının 5801.01 –

    “Təlim   və   tərbiyənin  nəzəriyyəsi  və metodikası (musiqinin tədrisi metodikası)” ixtisası üzrə müdafiənin iclasında iddiaçı Kəmalə Qasım qızı İsmayılova tərəfindən 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisasında pedaqogika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Musiqi müəllimliyi ixtisası üzrə peşə və şəxsi keyfiyyətlərin formalaşdırılması” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Tarix: 16 mart 2022-ci il, saat 12:00

    Müdafiəyə qoşulmaq üçün zoom proqramından istifadə ilə olacaq. 

    https://us02web.zoom.us/j/87559477181?pwd=RVZFRlNxRzVMdWEzQlBNb3p2WG5pQT09

    Müdafiənin identifikatoru: 875 5947 7181

    Giriş kodu: 123456