Alla Hacı Ağa qızı Bayramovanın “Azərbaycan mədəniyyətində musiqi-ədəbi əlaqələrin əsas təmayülləri” («Основные направления музыкально-литературных взаимосвязей в Азербайджанской культуре») adlı elmlər doktorluq dissertasiyasının müdafiəsi
28 dekabr 2021-ci il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən BED 2.36/1 Dissertasiya şurasının 6213.01 – “Musiqi sənəti” ixtisası üzrə müdafiənin iclasında iddiaçı Alla Hacı ağa qızı Bayramova tərəfindən 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan mədəniyyətində musiqi-ədəbi əlaqələrin əsas təmayülləri” («Основные направления музыкально-литературных взаимосвязей в Азербайджанской культуре») mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Tarix: 28 dekabr 2021-ci il, saat 12:00
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:
https://us02web.zoom.us/j/84344670633?pwd=alJXVnczVkNOeEhNSTk0QmEyT2RQdz09
İdentifikator: 843 4467 0633
kod: 123456