Pikə Mirzəağa qızı Axundova-Talıblı tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən «Muğam dramaturgiyasında qeyri-xətti inkişaf prinsiplərinin rolu» mövzusunda dissertasiya işinin elmi seminarı.
18 dekabr 2021-ci il saat 12:30 -da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – Musiqi sənəti ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Pikə Mirzəağa qızı Axundova-Talıblı tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən «Muğam dramaturgiyasında qeyri-xətti inkişaf prinsiplərinin rolu» mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Mövzu: Pikə Mirzəağa qızı Axundova-Talıblı tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən «Muğam dramaturgiyasında qeyri-xətti inkişaf prinsiplərinin rolu»
mövzusunda dissertasiya işinin elmi seminarı.
Tarix: 18 dekabr 2021, saat 12:30
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun: Zoom
https://us02web.zoom.us/j/83896610408