• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kəmalə Qasım qızı İsmayılovanın “Musiqi müəllimliyi ixtisası üzrə peşə və şəxsi keyfiyyətlərin formalaşdırılması” mövzusunda fəlsəfə doktorluq dissertasiyasının elmi seminarı

    24 noyabr 2021-ci il saat 11.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasının 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasında, musiqinin tədrisi metodikası elm  sahəsi üzrə Elmi seminarının iclasında iddiaçı Kəmalə Qasım qızı İsmayılova tərəfindən fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Musiqi müəllimliyi ixtisası üzrə peşə və şəxsi keyfiyyətlərin formlaşdırılması” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Mövzu: Kəmalə Qasım qızı İsmayılovanın “Musiqi müəllimliyi ixtisası üzrə peşə və şəxsi keyfiyyətlərin formalaşdırılması” mövzusunda fəlsəfə doktorluq dissertasiyasının elmi seminarı

     

    Tarix: 24 noyabr 2021, saat 11:00.

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:


    https://us02web.zoom.us/j/83140091691