Ayla Ehtiram qızı Kərimova-Zəkəriyyənin “Национально-стилистические особенности вокальных произведений Севды Ибрагимовой” (“Sevda İbrahimovanın vokal əsərlərinin milli üslub xüsusiyyətləri”) namizədlik dissertasiyasının elmi seminarı
17 noyabr 2021-ci il saat 12.30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – Musiqi sənəti ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Ayla Ehtiram qızı Kərimova-Zəkəriyyə tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Национально-стилистические особенности вокальных произведений Севды Ибрагимовой” (“Sevda İbrahimovanın vokal əsərlərinin milli üslub xüsusiyyətləri”) mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Mövzu: Ayla Ehtiram qızı Kərimova-Zəkəriyyənin “Национально-стилистические особенности вокальных произведений Севды Ибрагимовой” (“Sevda İbrahimovanın vokal əsərlərinin milli üslub xüsusiyyətləri”) namizədlik dissertasiyasının elmi seminarı
Tarix: 17 noyabr 2021, saat 12:30.
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun: