Nərgiz Çingiz qızı Əliyeveva “Azərbaycan bəstəkarlarının müasir yazı texnikasının taxta nəfəs alətinin ifaçılıq xüsusiyyətlərinə təsiri” namizədlik dissertasiyası Elmi seminarı
1 noyabr 2021-ci il saat 16:30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – Musiqi sənəti ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Nərgiz Çingiz qızı Əliyeveva tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim “Azərbaycan bəstəkarlarının müasir yazı texnikasının taxta nəfəs alətinin ifaçılıq xüsusiyyətlərinə təsiri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Mövzu: Nərgiz Çingiz qızı Əliyeveva “Azərbaycan bəstəkarlarının müasir yazı texnikasının taxta nəfəs alətinin ifaçılıq xüsusiyyətlərinə təsiri” namizədlik dissertasiyası Elmi seminarı
Tarix: 1 noyabr 2021, saat 16:30
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun: https://us02web.zoom.us/j/81054029421