• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    JAZZERY VOİCES  LAYİHƏSİ Beynəlxalq Elmi-yaradıcı Konfrans

    26 oktyabr - 06 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş  “Jazzery Voices” layihəsi baş tutacaqdır. Layihəyə yetkin və gənc nəsil ifaçılarının konsertləri, caz vokal ifaçılığı üzrə ustad dərsi, Elmi-yaradıcı Konfrans və Qala-konsert  keçiriləcəkdir. Konsertlər Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaqdır.

    2 noyabr  saat 12.00-də BMA-nın Q.Qarayev adına Konfrans zalında  Beynəlxalq Elmi-yaradıcı Konfrans keçiriləcəkdir. Konfransda BMA-nın professor və müəllim heyəti ilə bərabər, Gürcüstan və Niderlandın mütəxəssislərinin onlayn məruzələri baş tutacaqdır. “Caz vokal ifaçılıq sənətinin öyrənilməsinin bəzi aspektləri”, “Caz pianizmi”, “Azərbaycanda caz menecmentinə dair bəzi məsələlər”,  “Azərbaycan etno-caz təmayülü bu gün” və digər mövzularda məruzələr səslənəcəkdir.