“Jazzery Voices”
İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidzenin caz vokal ifaçılığı üzrə “Caz standartları üzərində çalışmanın əsasları” mövzusunda ustad dərsi
26 oktyabr - 06 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş “Jazzery Voices” layihəsi baş tutacaqdır. Layihəyə yetkin və gənc nəsil ifaçılarının konsertləri, caz vokal ifaçılığı üzrə ustad dərsi, Elmi-yaradıcı Konfrans və Qala-konsert keçiriləcəkdir.Konsertlər Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.
1 noyabr tarixində saat 13.00-də Ü.Hacıbəyli adına BMA-nın Q.Qarayev adına Konfrans zalında İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidzenin caz vokal ifaçılığı üzrə “Caz standartları üzərində çalışmanın əsasları” mövzusunda ustad dərsi keçiriləcək. Ustad dərsdə Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və b. tədris müəssisələrinin tələbələri iştirak edəcəkdir.