• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Azərbaycanda mədəniyyətin inkişafında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” mövzusunda birgə onlayn elmi-praktik konfransı

    Azərbaycan Respublikası Təhsil Nazirliyi

    Sumqayıt Dövlət Universiteti

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur

     

     “Azərbaycanda mədəniyyətin inkişafında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” mövzusunda birgə

    onlayn elmi-praktik konfransın

     

    P R O Q R A M I

     

    Sumqayıt - 2021

     

    Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.

    Azərbaycan Respublikasının Prezidenti

    İlham Əliyevin 26 may 2021-ci il tarixli Sərəncamından 

     

    Giriş sözü:

    Ramiz Hüseynov – Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent

    Gülnaz Abdullazadə - BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor

    Məruzələr:

    1. Azərbaycan professional musiqi sənətinin inkişafında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu

    Telman Qəniyev – SDU-nun Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti, Ü.Hacıbəyli adına BMA-nın məzunu

    2. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu

    Nuridə İsmayılzadə – BMA, Elmi-tədqiqat labora­tori­yasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

    3.  “Qızıl əsrin” musiqi aləminə dair xatirələrim.

    Ramiz Quliyev – professor, Azərbaycanın xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri  mükafatçısı.

    4. Azərbaycan ifaçılıq sənətinin inkişafında Bakı Musiqi
    Akademiyasının rolu.

    Afaq Qəniyeva – SDU, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, BMA-nın məzunu

    5.Ü.Hacıbəyli bəstəkarlıq məktəbinin davamçıları

    Mehparə Rzayeva – BMA, Elmi-tədqiqat laboratoriya­sının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    6. Ü.Hacıbəylinin musiqili komediyalarında Azərbaycan
      xalq rəqsləri.

    Rauf Bəhmənli – BMA, Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    7. Hacıbəylilər nəslinin Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolu.

    Fidan Nəsirova – Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant

    8. Ü.Hacıbəyli satirasında ədəbi-bədii mənbələr haqqında.

    Könül Əhmədova – BMA, Elmi-tədqiqat laboratoriya­sının elmi işçisi, doktorant

               

    Çıxışlar, təbriklər

     Konfransın keçiriləcəyi yer: ZOOM platforması üzərindən

    Identifikator: 778 369 2987

    Parol: SDU

    Konfransın açılışı: 26.10.2021-ci il, saat 1200