• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    ERMƏNİ PLAGİATININ İFŞASI – MƏDƏNİYYƏTDƏKİ QƏLƏBƏMİZİN RƏMZİ KİMİ mövzusunda ELMİ SEMİNAR

    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

    ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI

    ERMƏNİ  PLAGİATININ  İFŞASI – MƏDƏNİYYƏTDƏKİ  QƏLƏBƏMİZİN RƏMZİ  KİMİ

    mövzusunda

    ELMİ  SEMİNAR

    Məruzəçi: sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi

    RAUF BƏHMƏNLİ

     

    Seminar “Şifahi ənənəli Azərbaycan professional musiqisi

    və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”

    elmi-tədqiqat laboratoriyası tərəfindən təşkil olunur

     

    Tədbir 28 oktyabr 2021-ci il tarixində, saat 12:00-da         

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    Qara Qarayev zalında keçiriləcək