• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi  “Videoçarxların yarışı”  müsabiqəsini  elan edir!

     

    Müsabiqənin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu təbliğ etməkdən ibarətdir.

      “Qarabağ zəfəri” mövzusuna həsr olunmuş “Videoçarxların yarışı” layihəsində  ölkəmizin ali təhsil müəssisələrində təhsil alan, özünə güvənən, hər bir tələbə iştirak etməyə dəvət olunur.

    Müsabiqədə seçilən ən yaxşı videoçarxlar Bakı Musiqi Akademiyasının saytında yerləşdiriləcəkdir.

    Məsul şəxs: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarix-nəzəriyyə” fakültəsinin tyutoru Quliyeva Mənsurə.

     Hazırlanmış işlərin göndəriləcəyi ünvan:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.