• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Vətən savaşında tarixi zəfər” mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi elan edir!

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli ordumuzun Dağlıq Qarabağ və ətraf ərazilərində erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən fəxarətli hadisəsidir. Şanlı Ordumuzun qazandığı qələbə gənc nəsilə həm qürur, həm də iftixar yeridir. Odur ki, öz xalqına əbədi zəfər qazandıran məğrur igidlərimiz haqqında danışmaq, onların qəhramanlığını  təbliğ etmək hər bir vətəndaşın, xüsusilə, gənclərimizin borcudur.

    Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Vətən savaşında tarixi zəfər” mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi  elan edir!

     Ölkəmizin ali təhsil müəssisələrində təhsil alan, özünə güvənən, hər bir tələbə   layihədə iştirak etməyə dəvət olunur.

    Müsabiqədə seçilən ən yaxşı işlər Bakı Musiqi Akademiyasının saytında yerləşdiriləcəkdir.

     

    ŞƏRTLƏR:

     1. Yazı işi A4 vərəqdə Times new roman – 14 şriftində, 1,5 intervalında çap olunmalıdır.

     2. Tələbənin adı, soyadı, Təhsil aldığı Ali təhsil müəssisəsi, ixtisası, kursu yazı işinin üz vərəqində ayrıca qeyd olunmalıdır.

     3. Yazı işinin həcmi 1-2 səhifədən artıq olmamalıdır.

     4. İstənilən mövzuda 2 və daha artıq tələbə birgə əmək sərgiləyə bilər.

     5. Yazı işinin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı qeyd olunmalıdır.

     

    Məsul şəxs: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarix-nəzəriyyə” fakültəsinin tyutoru Quliyeva Mənsurə.

     

    Hazırlanmış işlərin göndəriləcəyi ünvan:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.