• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Zafer Kemal oğlu Kılınçer “Azərbaycan Qaraçıları və Türkiyə romanları musiqisinin tədqiqi (Azərbaycan Ağdaş-Yevlax və Türkiyənin Çukurova bölgələrinin nümunəsində)” namizədlik dissertasiyasının Elmi seminarı

                                                                            

    4 oktyabr 2021-ci il saat 09:30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – Musiqi sənəti ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Zafer Kemal oğlu Kılınçer tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan Qaraçıları və Türkiyə romanları musiqisinin tədqiqi (Azərbaycan Ağdaş-Yevlax və Türkiyənin Çukurova bölgələrinin nümunəsində)” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Mövzu: Zafer Kemal oğlu Kılınçer “Azərbaycan Qaraçıları və Türkiyə romanları musiqisinin tədqiqi (Azərbaycan Ağdaş-Yevlax və Türkiyənin Çukurova bölgələrinin nümunəsində)” namizədlik dissertasiyasının Elmi seminarı

    Tarix: 4 oktyabr 2021, saat 09:30

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun: https://us02web.zoom.us/j/88674253400?pwd=Qy9wSnRwRm5PSlcwTnl4SlZhbG1PUT09

    Идентификатор конференции: 886 7425 3400
    Код доступа: 123456