• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bakı Musiqi Akademiyasına I kursa qəbul   edilmiş   tələbələrin qeydiyyatı   07-20 sentyabr 2021-ci il tarixində keçiriləcək.

    Qeydiyyat üçün  aşağıdakıları   etmək   lazımdır:

    Təsil Nazirliyinin    portal edu.az  saytında  qeydiyyatdan  keçmək  və aşağıdakı sənədləri yerləşdirmək:

    1. Şəxsiyyət vəsiqəsinin sürəti.

    2. foto 3/4 .

    3. Orta və musiqi sənədi haqqında sənəd.

    4. Tibbi arayış.

    5. Hərbi mükəlləfiyyət  haqqında sənəd (oğlanlar üçün)

    6. Təhsil ödənişli olduğda təhsil haqqının ödənilməsi haqqında qəbz.Onlayn qeydiyyatdan keçdikdən sonra sənədləri BMA-ya gətirmək.