• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2021-ci il 4-5 noyabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda beynəlxalq əyani/qiyabi elmi-praktiki konfrans keçirir.


     Konfrans Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur.

     

    Konfransın işi aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:

    1. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası: tarixin səhifələri

    2. Nizami Gəncəvi-880: poetik irsi və musiqi

    3. Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu: tarixi retrospektiv və müasirlik

    4. Etnomusiqişünaslıq müasir mərhələdə

    5. Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri

    6. Müasir musiqi təhsili: problemlər və perspektivlər

    7. Musiqidə informasiya texnologiyaları

     Konfransda iştirak etmək üçün tədqiqatçılar, musiqi incəsənəti, kulturologiya sahələri üzrə ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri və mütəxəssislər, doktorantlar, aspirantlar dəvət olunur.

    Konfransın qarışıq formatda keçirilməsi planlaşdırılır.

    Konfransda aşağıdakı iştirak formaları nəzərdə tutulur:

    • əyani;
    • distant (onlayn-əlaqə vasitəsilə və ya iştirakçı tərəfindən elektron poçtla öncədən təqdim olunmuş videoyazının nümayişi vasitəsilə).

     Çıxışların reqlamenti:

    Seksiya iclasında məruzə - 15 dəqiqəyə qədər.

     Konfransda iştirak üçün ərizə və məruzələrin mətnlərini elektron poçt ünvanına  1 oktyabr 2021-ci il tarixindən gec olmayaraq göndərmək lazımdır.    

     Konfrans yekunlaşdıqdan sonra elmi məqalələrin mətninin “Musiqi dünyası” (ISSN 2219-8274 (Print), ISSN 2219-8482 (Online) jurnalında nəşr olunması planlaşdırılır.

    Konfrans iştirakçıları jurnal elektron formada elektron poçtla və çap şəklində müraciətlərdə göstərilən poçt ünvanlarına göndəriləcəklər.

                      

    MƏRUZƏLƏRİN TƏRTİBİ QAYDALARI

    Ərizədə məruzənin mövzusu, müəllif haqqında məlumat (soyad, ad, ata adı, elmi dərəcə və elmi ad, iş yeri və vəzifə, poçt və elektron ünvanı, əlaqə telefonlarının nömrələri) tam şəkildə göstərilməlidir.

    Məqalənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Məqalənin həcmi 1 çap vərəqinə qədər, formatı A4, Times New Roman, şrifti 14 ölçüdə, yuxarı və aşağıdan 20 mm, soldan 30 mm, sağdan 15 mm məsafə, sətirlərarası 1,5 interval, abzas 1,25. Mətndə qeydlər və şərhlər, formul, cədvəl və qrafiklər, səhifələrin nömrələnməsi olmamalıdır. Mətnin daxilində mənbələrə istinad kvadrat mötərizədə göstərilir, məsələn, [Ü.Hacıbəylil, 1984, s. 28]. “Ədəbiyyat” bölümündə mənbələr əlifba sırası ilə düzülür (12 pt), nömrələnmir.    

    Məqalələr müəllif redaktəsi ilə çap olunur.

    Konfrasın işçi dilləri – azərbaycan, ingilis, rus, türk dilləridir.

    İngilis dilində xülasə 8-10 sətir, şrift ölçüsü 10, interval 1 olmalıdır.  

    Açar sözlər 8-12 sözdən ibarət olmalıdır.

    Təşkilat komitəsi ərizələrin seçilməsi, qoyulan tələblərə cavab verməyən və ya kifayət qədər elmi yeniliyi olmayan materiallardan imtina olunması haqqını özündə saxlayır.

    Məruzəçilərin yol və Bakıda yaşamaq xərcləri göndərən tərəfdən ödənilir.  

    Təşkilati məsələlər üzrə müraciətlər:

     1.Gülzar Mahmudova Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

    2.Könül Nəsirova Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    3. Alyona İnyakina Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    4. Zülfiyyə Şəfiyeva Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

      

    KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

    1.Fərhad Bədəlbəyli (sədr) – SSRİ və Azərbaycanın xalq artisti, professor, rektor

    2. Nərminə Quliyeva – Azərbaycanın əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor, tədris işləri üzrə prorektor

    3. Gülnaz Abdullazadə – Azərbaycanın əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor, elmi işlər üzrə prorektor

    4.Yeganə Axundova Azərbaycanın xalq artisti, professor, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor

    5.Gülzar Mahmudova sənətşünaslıq üzrə elmlər doktoru, professor, tarix-nəzəriyyə fakultəsinin dekanı

    6.Tariyel Məmmədov Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri

    7. Ülviyyə İmanova – Azərbaycanın əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, “Musiqi tarixi” kafedrasının müdiri

    8. Könül Nəsirova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri

    9. Cəmilə Həsənova - sənətşünaslıq üzrə elmlər doktoru, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru

    10. İnna Pazıçeva - sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi tarixi” kafedrasının dosenti

    11. Alyona İnyakina – sənətşünaslıq üzrə fəlsəfə doktoru, mətbuat şöbəsinin müdiri

    12. Zülfiyyə Şəfiyeva - “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı mütəxəssisi

    Konfransın əsas tarixləri

     Ərizə və məruzələrin qəbul olunmasının son tarixi: 1 oktyabr

    Qəbul olunmuş məruzələrin elan olunmasının son tarixi: 10 oktyabr

     Konfransın keçirilməsi tarixi: 4-5 noyabr

      

    İştirak etmək üçün ərizə forması

     

    Məruzəçinin soyadı, adı, ata adı, tutduğu vəzifə, iş yeri və ya təhsil aldığı yer, elmi dərəcəsi, elmi adı  

     

    Məruzənin / mühazirənin mövzusu / nəşr təqdimatları 

     

    Mövzu istiqaməti 

     

    İştirak forması

     

     

    -  əyani;

    -   distant (onlayn);

    -   videoyazısı;

    -  poster təqdimatı 

    Məruzənin təqdim olunduğu dildə annotasiya (150 sözə qədər) 

     

    Əlaqə: telefon, ünvan, elektron poçt ünvanı, jurnal göndərmək üçün poçt ünvanı 

     

    Aspirant (doktorant) üçün – elmi rəhbər (elmi məsləhətçi) haqqında məlumat:  soyadı, adı, ata adı, iş yeri, vəzifəsi, elmi dərəcəsi, elmi adı  

     

    Əlavə məlumat

     

    Çıxış üçün tələb olunan xüsusi texniki vasitələr

    Digər

    Əlaqə

     Ünvan: BMA, Şəmsi Bədəlbəyli, 98

    Telefon: (+99 412) 493-21-14

    Elektron poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.    

    İnternet ünvanı: http://musicacademy.edu.az