• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Aqil Müzəffər oğlu Qafulov "Ali təhsil müəssisəsində dirijorların peşə hazırlığının əsas istiqamətləri"

    4 may 2021-ci il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Musiqinin tədris metodikası) ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Aqil Müzəffər oğlu Qafulov tərəfindən 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Musiqinin tədris metodikası) ixtisasında pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Ali təhsil müəssisəsində dirijorların peşə hazırlığının əsas istiqamətləri” («Основные направления профессиональной подготовки дирижёров в высшем учебном заведении») mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.  

    Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

     

    Mövzu: Aqil Müzəffər oğlu Qafulov "Ali təhsil müəssisəsində dirijorların peşə hazırlığının əsas istiqamətləri"

    Tarix: 4 may. 2021 12:00 

    Zoom-a qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:

    https://us02web.zoom.us/j/85483939705?pwd=ZEM1SzZTM3BuNk5YajN2c0REYlRYdz09

    İdentifikator: 854 8393 9705

    Passcode: seminar