• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “BMA-100” Magistr tələbələrin RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI

    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

    ÜZEYİR  HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI

     

    BMA-nın 100 illik yubileyinə  həsr olunur  

     

    “BMA-100” Magistr tələbələrin

    RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI

     Bakı, 7-8 may 2021

     

    MƏLUMAT MƏKTUBU

     

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə  həsr olunmuş “BMA-100”  Respublika elmi-praktiki konfransında iştirak üçün magistr pilləsi üzrə oxuyan tələbələr dəvət edilir. Konfrans 7-8 may 2021-ci il tarixində onlayn formatda keçiriləcəkdir.

    Konfransın mövzu dairəsi:

    1. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu
    2. Bakı Musiqi Akademiyasının tarixi səhifələri
    3. XX-XXI əsrlər Azərbaycan incəsənətində Nizami irsi
    4. Azərbaycan ənənəvi və bəstəkar musiqisinin problemləri
    5. Azərbaycan ifaçılıq sənətinin aktual problemləri
    6. Musiqi və müasir texnologiyalar

     

    KONFRANS TARİXLƏRİ

    Məruzələrin son qəbul günü: 26-27aprel 2021

    Qəbul olunan məruzələrin elanı: 30 aprel 2021

    Konfransın keçirilmə tarixi:  7-8 may 2021

     

     

    MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI

    1. Tələbənin adı, soyadı, ixtisası, kursu qeyd olunmalıdır.
    2. Elmi rəhbər haqqında məlumatda soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad göstərilməlidir.
    3. Məruzənin formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır.
    4. Məruzənin həcmi 7 səhifəyə qədər olmalıdır.
    5. Məruzənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı verilməlidir. Ardıcıllıq əlifba sırası ilə düzənlənir (12 pt), nömrələnmir.
    6. Xülasə ingilis, rus və azərbaycan dilində tərtib olunmalıdır.
    7. Açar sözlər 8-10 sözdən ibarət olmalıdır
    8. Elmi rəhbərin rəyi təqdim olunmalıdır
    9. Konfransda ali təhsil müəssisələrinin magistr tələbələri iştirak edə bilər.
    10. Konfrans materialları “Musiqi dünyası” jurnalında dərc olunacaq.

     

    Elektron poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    İnternet ünvan: http://musicacademy.edu.az