• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    "AZƏR DADAŞOVUN əsərlərinin ən yaxşı ifaçısı" V Beynəlxalq Fortepiano Müsabiqəsini elan edir

    100 İLLİK YUBİLEY

    TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ

    ÜZEYİR HACIBƏYLİ adına BAKI MUSİQİ AKADEMİYASI

    BƏSTƏKAR  AZƏR DADAŞOVUN 75-illiyi ilə əlaqədar

    "AZƏR DADAŞOVUN əsərlərinin ən yaxşı ifaçısı"

    V Beynəlxalq Fortepiano Müsabiqəsini elan edir

     

    Müsabiqənin şərtləri

    1. Müsabiqə 2021-ci il dekabr ayında online şəkildə bir turdan ibarət olacaqdır.

    2. Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti qoyulmur.

    3. Müsabiqənin iştirakçılarının ifalarından ibarət video yazılarının və sənədlərinin qəbulu 2021-ci noyabr ayının sonuna kimi göndərilməlidir.

    4. Müsabiqə və müsabiqə ilə əlaqədar tədbirlər üçün maliyyə vəsaiti ayrılmışdır. Qaliblərə pul mükafatları, bütün iştirakçılara isə xüsusi Diplom təqdim ediləcəkdir.

     

    Müsabiqənin proqramı

     İştirakçının müsabiqə proqramına Azər Dadaşovun iki əsəri daxildir. 

    1. A.Dadaşovun prelüdiya və fuqası

    2. İfaçının seçimi ilə A.Dadaşovun istənilən başqabir əsəri 

     

    İştirak üçün sənədlər: 

    1. İştirakçının bəyanatı

    2. Şəxsiyyəti təsdiq edən sənədin (pasportun) elektron versiyası (surəti)

    3. İştirakçının yaradıcılıq fəaliyyəti, təhsili, onun pedaqoqları, həmçinin digər müsabiqələrdə iştirakı və mükafatları haqqında məlumat

    4. 13×18  və 4×6 ölçüdə iki rəqəmsal fotoşəkil (300 dpi-dən az olmayaraq)

     

    Müsabiqənin təşkilat komitəsi

    Sədr: Nərminə Quliyeva – Azərbaycanın əməkdar müəllimi, pedaqogika üzrə

    fəlsəfə doktoru, professor, tədris işləri üzrə prorektor;

    Beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə  doktoru, AMK nəzdində Musiqi Kollecinin FBK sədri Ülviyyə Kazımova;

    Bakı Musiqi Akademiyası və Məktəb Studiyasının müəllimi, bəstəkar, pianoçu Nuranə Zeynalova.

     

    Təşkilatı məsələlər üzrə müraciətlər:

     

    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.