• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Mədəniyyət bizim silahımızdır” (Fərhad Bədəlbəyli)    şüarı altında ilk dəfə olaraq “Maestoso” Tələbə Klubu yaradılır.

    Klubun sosial fəaliyyətinin məqsədi Azərbaycan Təhsil Narizliyinin təhsildə olan ümumi prinsipləri və məqsədlərinə uyğun olaraq, tələbələrin bacarıqlarını artırmaq, lazimi maariflənməni mənimsəmələrinə kömək etməkdir.

    Özünü tanımaq, asudə vaxtlarından səmərəli istifadə etmək, fərdi məqsədlərə yiyələnmək, bacarıqını inkişaf etdirmək, həmin bacarıqları özünün və cəmiyyətin xeyirinə istifadə etmək istəyən hər bir fəal tələbə bu klubda təşəbbüskar gənc kimi  mövqe tuta bilər.

    “Maestoso” tələbə klubunda qrup tapşırıqlarını yerinə yetirmək üçün həvəslə işləyəbilmə və qrup qarşısında məsuliyyəti hiss edəbilmə bacarığı kimi münasibət və davranış sərgiləyə bilən tələbələrin iştirakı şərtdir. BMA-nın tələbələrinə bildirilir ki, klubun fəaliyyətində iştirak etmək istəyən tələbələr “Tarix-nəzəriyyə” fakültəsinin tyutoru Quliyeva Mənsurə xanıma və ya  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e mail ünvanına müraciət edə bilərlər.

     

    Klubun ilk tədbiri:

    09 Aprel 2021-ci il tarixində İkinci Qarabağ müharibəsində yaralanmış qazilərlə görüş.

    Tədbirin proqramı:

    • “44 günlük zəfər müharibəsi haqqında” və ““Yaşat” fondunun məramı və məqsədi” haqqında tələbələrin çıxış edəcəyi məruzələr;
    • Qazilərin məruzəsi;
    • Dəyirmi masa.

     

     Klubun idarə Heyəti

    Sədr:  “Tarix-nəzəriyyə” fakültəsinin tyutoru Quliyeva Mənsurə.

    I Müavin:  Seyidova Günel (magistr tələbəsi)

    II Müavin: Məhyəddinli Günay ( magistr tələbəsi)

    Məsləhətçi müəllim sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədəliyeva Turan