“Etnoorqanologiya: aktual problemlər və vəzifələr” mövzusunda Beynəlxalq Elmi Konfransı
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
BAKI MUSİQİ AKADEMİYASININ 100 İLLİYİ ÇƏRÇİVƏSİNDƏ
ETNOORQANOLOGİYA: AKTUAL PROBLEMLƏR VƏ VƏZİFƏLƏR
mövzusunda
BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS
Bakı, 29-30 aprel 2021-ci il
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Təşkilat Komitəsi ali və orta təhsil müəssisələrinin professor-müəllim heyətini, elm sahəsində çalışan mütəxəssisləri, doktorant, dissertant və magistrantları 29-30 aprel 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Zoom Meetings proqramı vasitəsilə online şəkildə keçiriləcək “Etnoorqanologiya: aktual problemlər və vəzifələr” mövzusunda Beynəlxalq Elmi Konfransında iştirak etməyə dəvət edir.
Konfransın məqsədi: Elm, yaradıcılıq və təhsil sahələrinin qarşılıqlı elmi mübadiləsi.
KONFRANSIN MÖVZULARI:
- Müasir mədəniyyət məkanında etnoorqonologiya ənənələrinin qorunması və inkişafı;
- Ənənəvi milli musiqi alətlərinin etnik kimliyi;
- Milli musiqi alətlərinin Avropa musiqi sisteminə uyğunlaşması problemləri;
- Xalq çalğı alətlərinin bərpası və təkmilləşməsi;
- Bəstəkar yaradıcılığında xalq çalğı alətlərindən istifadə;
- Orqanologiya elmi musiqişünaslıqda
KONFRANS TARİXLƏRİ
Məruzələrin son qəbul günü: 17 aprel 2021
Qəbul olunan məruzələrin elanı: 20 aprel 2021
Konfransın keçirilmə tarixi: 29-30 aprel 2021
MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI
Müəllif haqqında məlumatda (soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad, iş yeri və vəzifə, elektron ünvan, əlaqə telefonları) göstərilməlidir.
Təşkilat komitəsi müəllifə xəbərdarlıq etmək şərtilə mövzuya və tələblərə uyğun olmayan materialların çapından imtina etmək hüququna malikdir. Məqalənin mətni 10 səhifəyə qədər, formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [Ü.Hacıbəyov, 1965, s. 38]. “Ədəbiyyat siyahısı” əlifba sırası ilə uyğun verilməlidir. Konfransın dili – azərbaycan, türk, rus və ingilis dillərindədir.
İngilis dilində xülasə (8-10 sətir həcmində 10 pt, məsafə 1) olmalıdır. Açar sözlər 5-8 sözdən ibarət olmalıdır.
+994124933244; +994505350470; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.