Prezident İlham Əliyevin sərəncamı əsasında 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir!
Möhtərəm Prezidentimizin sərəncamının tələblərinə uyğun olaraq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yeni layihə elan edir! Tələbələr arasında “Nizami Gəncəvi 880” mövzusunda videoçarxların müsabiqəsi keçirilir.
“Tarix-nəzəriyyə” fakültəsi tərəfindən təşkil olunmuş müsabiqədə Bakı Musiqi Akademiyasının bütün tələbələrinin iştirakı mümkündür.
Müsabiqədə seçilən ən yaxşı videoçarxlar Bakı Musiqi Akademiyasının saytında yerləşdiriləcək və tələbələr fəxri fərmanla təltif olunacaqlar.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
1. Videoçarxla bağlı tələblər:
a) Nizami Gəncəvinin əsərlərindən kiçik şeir parçası seçilir;
b) bu şeirə müvafiq “Nizami musiqidə” mövzusunda bəstələnmiş musiqi əsəri (və ya onun epizodu) seçilir;
c) şeir həmin musiqi parçasının fonunda səsləndirilir.
2. Videoçarxlar kreativ, 5-6 dəqiqəlik olmalıdır.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “BMA-100” elmi-praktiki konfransında iştirak üçün magistr pilləsi üzrə təhsil alan tələbələr dəvət edilir. Konfrans 7-8 may 2021-ci il tarixində onlayn formatda keçiriləcəkdir.
Konfransın mövzu dairəsi:
- Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu
- Bakı Musiqi Akademiyasının tarixi səhifələri
- XX-XXI əsrlər Azərbaycan incəsənətində Nizami irsi
- Azərbaycan ənənəvi və bəstəkar musiqisinin problemləri
MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI
- Tələbənin adı, soyadı, ixtisası, kursu qeyd olunmalıdır.
- Məruzənin formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır.
- Məruzənin həcmi 7 səhifəyə qədər olmalıdır.
- Məruzənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı verilməlidir. Ardıcıllıq əlifba sırası ilə düzənlənir (12 pt), nömrələnmir.
- Xülasə ingilis dilində tərtib olunmalıdır.
- Konfrasda BMA-nın və digər ali təhsil ocaqlarının bütün fakültələri üzrə magistr tələbələri iştirak edə bilər.
- Konfrans materialları “Musiqi dünyası” jurnalında dərc olunacaq.