• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Nizami Gəncəvi ili” çərçivəsində Bəstəkarlar arasında “Nizami Romans” Respublika müsabiqə-festivalı

    Əsasnamə

     Respublika Bəstəkarları arası “Nizami Romans” Müsabiqə- Festivalı  haqqında

    Ümumi müddəalar

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Nizami Gəncəvinin  anadan olmasının 880 illiyi münasibəti ilə Nizami irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2021-ci ili Azərbaycan Respublikasında “Nizami ili” elan  etmişdir. Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Nəsimi ili” çərçivəsində Üzeyir Hacıbəyli adına BMA tərəfindən müvəffəqiyyətlə keçirilən “Nəsimi romans” müsabiqə-festivalı, dahi Nəsimi irsinin və gənc bəstəkarların romanslarının həm vətənimizdə, həm də ölkəmizin hüdudlarından kənarda uğurlu təbliğatına səbəb olmuşdur. Bu uğuru nəzərə alaraq, 2021-ci il “Nizami Gəncəvi” ili çərçivəsində  perspektivli, yaradıcı, istedadlı bəstəkarların müəyyən edilməsində, Nizami Gəncəvinin  sözlərinə yeni əsərlərin yazılması ilə Nizami irsinin müasir gənc bəstəkarların yaradıcılığına təzahüründə, gələcək fəaliyyətlərinin peşə inkişafında və  dəstəklənməsində, yeni musiqi dili və onun inkişaf yollarının axtarılması məqsədi ilə gənc bəstəkarlar arasında “Nizami Romans” müsabiqə-festivalı keçirilir.

     Müsabiqə “Nizami Gəncəvi ili” çərçivəsində Bəstəkarlar arası Romans Müsabiqəsi Mükafatı üzrə bu Əsasnaməyə uyğun olaraq keçirilir. Müsabiqədə iştirak etmək bu Təlimatın şərtlərinin tam və qeyd-şərtsiz qəbul edilməsini nəzərdə tutur.

    18-35 yaş arası akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar müsabiqəyə  qatıla bilərlər.

    Bəstəkarlıq təhsili vacib və əsas şərtdir.

    Təqdim olunan əsərlərdə Azərbaycan muğamlarından istifadə olunması tövsiyə olunur.

    HƏDƏF və MƏQSƏDLƏR

    Gənc bəstəkarlar arasında keçiriləcək “Nizami Romans” Respublika müsabiqə-festivalın əsas ideyası 2021- ci il “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar olaraq Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan Nizami poeziyasının gənc nəsil musiqiçiləri tərəfindən öyrənilməsi, bu dərin və mürəkkəb yaradıcılıq xəzinəsindən gənc bəstəkarların yararlanmasıdır və bunun nəticəsində romans janrında müasir repertuarın yaradılmasıdır.

    Bu yaradıcılığa müraciət edərkən gənc bəstəkarların əsərlərindən ibarət yaranacaq Nizaminin sözlərinə yazılan romansların (istənilən instrumental müşayət), vokal repertuarının əsas vəzifəsi Azərbaycanın etnik mədəniyyətinə köklənən, geniş dinləyici auditoriyasının inkişafına töhfə verən Nizami poeziyası ilə vəhdət daşıyan musiqinin yaradılmasıdır.

    Əsas məqsədlərdən biri müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr ediləcəkdir.



    Müsabiqənin məqsəd və vəzifələri:

    1. gənclərdə Azərbaycan poeziyasına, Nizami irsinə marağın artırılması;
    2. gənc bəstəkarlar arasında romans janrına maraq və inkişafın artırılması
    3. vokal repertuarının zənginləşdirilməsi;
    4. yeni musiqi dilini və onun inkişaf yollarının axtarılması;
    5. istedadlı və peşəkar perspektivli bəstəkarların müəyyənləşdirilməsi və dəstəklənməsi;
    6. müasir akademik musiqinin təbliğ edilməsi;
    7. yeni orijinal kompozisiyaların yaradılması və sənətdə müasir tendensiyaların dəstəklənməsi, rəqabət çərçivəsində yaradılmış zəngin, yeni repertuarın yaranması;
    8. yaradıcılıq təcrübəsinin mübadiləsi və gənc bəstəkarların yaradıcılıq əlaqələrinin gücləndirilməsi; yaradıcı ünsiyyət üçün şərait yaradılması, yaradıcı əlaqələrin qurulması, musiqiçilər, menecerlər və bəstəkarlar arasında peşəkar əməkdaşlığın inkişaf etdirilməsi;
    9. parlaq bəstəkar əsərləri ilə tanışlıq və repertuarın genişləndirilməsi;

     

    Təşkilatçı

    Azərbaycan Respublikası Təhsil Nazirliyi

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

    --------------------------------

     Rəhbər heyət və Münsiflər

    Müsabiqənin hazırlanması və keçirilməsinə rəhbərlik edir:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (bundan sonra - BMA)

    Müsabiqənin münsiflər heyəti : Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqları.

    “Nizami Romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri  

    SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Üzeyir Hacıbəyli adına BMA nın rektoru, professor Fərhad Bədəlbəylidir.

    Təşkilat Komitəsi:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova
    BMA-nın beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Hüseynova Röya

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov

    Təşkilat komitəsinin vəzifələri

    Müsabiqə haqqında Əsasnamə hazırlayır;

    Müsabiqəyə qoşulmaq üçün müraciətlərin nəzərdən keçirilməsini qəbul edir;

    Müsabiqənin iştirakçılarının ilkin mərhələdə seçimini və qeydiyyatını aparır;

    Müsabiqənin hesabat sənədlərini hazırlayır;

    Müsabiqə ilə bağlı informasiyanın rəsmi səhifələrdə dərc olunmasına nəzarət edir;

    Müsabiqənin iştirakçıları və münsif heyəti ilə onlayn əlaqələrin yaradılmasını təmin edir;

      

    Tarix

    I mərhələ- 16 iyun 2021ci il

    Müsabiqənin ilk mərhələsində gənc bəstəkarların 4-8 dəqiqəlik Nizaminin sözlərinə yazılmış 1 romansı ifa olunur və münsiflər heyətinin tam tərkibinə təqdim edilir. Gizli səsvermə yolu ilə nəticələrə görə finalistlər (qaliblər) təyin olunur.

     

    Final- konsert mərhələsi 18 iyun2021 ci il

    Müsabiqənin münsifləri tərəfindən təyin olunan 6 qalib bəstəkarın adları açıqlanır, laureatların əsərləri ifa olunur və müsabiqənin şərtlərinə görə seçilmiş 3 laureat və 3 diplomanta diplomlar və mükafatlar təqdim edilir.  Digər iştirakçılara və ifaçılara isə həvəsləsdirici diplomlar verilir. Bütün müsabiqə iştirakçılarına nəşr olunmuş  müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı hədiyyə olunur.

     

    Müsabiqəyə təqdim olunan sənədlər

    İştirakçının ərizəsi

    Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin sürəti

    13*18 ölçüdə rəngli fotoşəkiI (2ədəd)

    Nizaminin sözlərinə yazılmış əsərin PDF formatda təqdimatı (instrumental müşayətin alət seçimi sərbəstdir)

     

    Müsabiqənin şərtləri

    • Müsabiqədə 18-35yaş arasında  bəstəkarlıq təhsili olan bəstəkarlar  iştirak edə bilər.
    • Hər bir bəstəkar dahi şair Nizaminin sözlərinə 1 romans (vokal əsərləri instrumental müşaiətlə) yazıb təqdim etməlidir.
    •  Romans 8 dəqiqə limitini keçməməlidir.
    • İfaçı sayı vokal ifaçısı daxil olmaqla 6 nəfəri keçməməlidir.
    • Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir
    • Final turuna 6 qalib iştirakçının adı açıqlanır və mükafatlandırılır.
    • Qaliblər pul mükafatı və diplomla təltif olunur
    • Müsabiqə  1 turdan və final-mükafatlandırılma mərhələsindən ibarətdir
    • Bütün iştirakçılara xüsusi sertifikat və nəşr olunmuş“Nizami Romans” toplusu kitabı təqdim olunur
    • Münsiflər heyətinin qərarı həll edicidir.
    • Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron ünvanına 14 may tarixinə qədər əsərləri (PDF və Sibelius), seçilən şer və  bəstəkarın tərcümeyi-halı göndərilməlidir. ( məlumatda bəstəkarın əlaqə nömrələri, email ünvaı qeyd olunmalı, müsabiqəyə təqdim olunan əsər haqqında ümumi məlumat və ifaçılar da qeyd olunmalıdır.)

     

    I ci yer — 800 manat və 1-ci dərəcəli diplom

    II ci yer — 500 manat və 2-ci dərəcəli diplom

    III cu yer — 300 manat və 3-cü dərəcəli diplom

    Müsabiqə laureatlarinin pedaqoqlarına diplom təqdim olunacaq

    IV, V, VI yer iştirakçıları –diplomat və 200 manat dəyərində mükafat