Bəstəkar və Zaman mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində:
Bəstəkar və Zaman mövzusunda
RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS
Bakı, 20-21 aprel 2021
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Təşkilat Komitəsi ali və orta təhsil müəssisələrinin professor-müəllim heyətini, elm sahəsində çalışan mütəxəssisləri, doktorant, dissertant və magistrantlari 20-21 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində: Bəstəkar və Zaman mövzusunda Respublika Elmi Konfransında online iştirak etməyə dəvət edir.
Konfransın məqsədi: Elm, yaradıcılıq və təhsil sahələrinin qarşılıqlı elmi mübadiləsi.
KONFRANS TARİXLƏRİ
Məruzələrin son qəbul günü: 31 mart 2021
Qəbul olunan məruzələrin elanı: 5 aprel 2021
Konfransın keçirilmə tarixi: 20-21 aprel 2021
MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI
Müəllif haqqında məlumatda (soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad, iş yeri və vəzifə, elektron ünvan, əlaqə telefonları) göstərilməlidir.
Təşkilat komitəsi müəllifə xəbərdarlıq etmək şərtilə mövzuya və tələblərə uyğun olmayan materialların çapından imtina etmək hüququna malikdir. Məqalənin mətni 7 səhifəyə qədər, formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [Ü.Hacıbəyov, 1965, s. 38]. “Ədəbiyyat siyahısı” əlifba sırası ilə uyğun verilməlidir. Konfransın dili – Azərbaycan və rus dillərindədir.
Xülasə (azərbaycan, rus və ingilis) tərtib olunmalıdır (8-10 sətir həcmində 10 pt, məsafə 1) olmalıdır. Açar sözlər 5-8 sözdən ibarət olmalıdır.
+994124932201; +994552747121; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.