AZƏRBAYCAN XALQ MUSİQİSİNƏ QARŞI ERMƏNİ PLAGİATI mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
AZƏRBAYCAN XALQ MUSİQİSİNƏ QARŞI ERMƏNİ PLAGİATI
mövzusunda
RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS
Bakı, 30 mart 2021
MƏLUMAT MƏKTUBU
Hörmətli həmkarlar!
Təşkilat Komitəsi ali və orta təhsil müəssisələrinin professor-müəllim heyətini, elm sahəsində çalışan mütəxəssisləri, doktorant, dissertant və magistrantlari 3-4 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək “Azərbaycan xalq musiqisinə qarşi erməni plagiati ” mövzusunda Respublika Elmi Konfransında iştirak etməyə dəvət edir.
Konfransın məqsədi: Elm, yaradıcılıq və təhsil sahələrinin qarşılıqlı elmi mübadiləsi.
KONFRANSIN MÖVZULARI:
- Azərbaycan xalq musiqisinə qarşı erməni saxtakarlığı
2.Azərbaycan bəstəkarlarının əsərlərinin erməni musiqiçiləri tərəfindən mənimsənilməsi
- Azərbaycan xalq çalğı alətləri erməni musiqiçilərinin hədəfində
- Azərbaycan musiqi sənəti diqər xalqların diqqət mərkəzində
KONFRANS TARİXLƏRİ
Məruzələrin son qəbul günü: 15 mart 2021
Qəbul olunan məruzələrin elanı: 10 mart 2021
Konfransın keçirilmə tarixi: 30 mart 2021
MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI
Müəllif haqqında məlumatda (soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad, iş yeri və vəzifə, elektron ünvan, əlaqə telefonları) göstərilməlidir.
Təşkilat komitəsi müəllifə xəbərdarlıq etmək şərtilə mövzuya və tələblərə uyğun olmayan materialların çapından imtina etmək hüququna malikdir. Məqalənin mətni 7 səhifəyə qədər, formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [Ü.Hacıbəyov, 1965, s. 38]. “Ədəbiyyat siyahısı” əlifba sırası ilə uyğun verilməlidir. Konfransın dili – Azərbaycan və rus dillərindədir.
Xülasə məruzə mətninin yazıldığı əks dildə (rus və ingilis) tərtib olunmalıdır (8-10 sətir həcmində 10 pt, məsafə 1) olmalıdır. Açar sözlər 5-8 sözdən ibarət olmalıdır.
+994124933244; +994505350470; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.