Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Azərbaycan-Amerika Musiqi Fondu ilə birgə 15 Yanvar, 2021 il tarixində Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edir. Bu müsabiqənin məqsədi dahi bəstəkarın əsərlərini plagiatdan qorumaq, dünyada Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.
Hacıbəylinin əsərlərindən seçilmiş on melodiyanın biri və ya bir neçəsinin əsasında bəstəkarlar orijinal əsər yazmalı və adlıqda mənbəni vurğulamalıdırlar. Müsabiqənin mükafat fondu 3,500 dollardır, həmçinin qaliblərin əsərləri ABŞ-da nəşr olunacaq və Nyu Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq. Sənədlərin, əsərin çap olunmuş elektron variantının və əsərin səs yazısının qəbulu 1 İyul, 2021 tarixinə qədər olacaq.
Müsabiqənin bütün şərtləri, həmçinin audio və pdf fayllarının yüklənməsi ücün pəncərələr bizim veb səhifəmizdə yerləşir.
Bu linklə https://nmgcs.co/
Home/Competition/About/Application/References səhifələrini aça bilərsiniz. Aşağıdakı flayer də veb səhifəmizə bağlıdır, onu sadəcə basmaqla siz vebsayta ünvanlanacaqsınız.