2021-ci il 11-12 mart tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkəmizin II Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı “Mədəniyyət: Problemlər və Perspektivlər” Doktorant və gənc tədqiqatçıların XV Beynəlxalq elmi Konfransını keçirir.
Qeyd: Mövcud pandemiya şəraiti nəzərə alınaraq, konfrans onlayn keçirilə bilər.
Konfransa aşağıdakı bölmələr və istiqamətlər üzrə məqalələr qəbul edilir:
Bölmələr:
- Sənətşünaslıq (muzeyşünaslıq)
- Musiqi sənəti
- Kino, televiziya və digər ekran sənətləri
- Teatr sənəti
- Təsviri sənət
- Fəlsəfə
- İlahiyyat
- Psixologiya
İstiqamətlər:
- Muzeyşünaslıq, arxiv və abidələrin qorunması
- Kinoşünaslıq
- Mədəniyytə tarixi və nəzəriyysi
- Sosial iş
- Turizm və kitabxana
- Təsviri incəsənət tarixi və nəzəriyyəsi
- Musiqişünaslıq
- Teatrşünaslıq
- Rejissorluq
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən müəllim heyəti, doktorant, dissertant və gənc tədqiqatçılar iştirak edə bilər.
Konfrans materialları kitab şəklində çap olunacaqdır.
Konfransın materiallarının tərtibinə qoyulan tələblər:
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
Məqalənin əlyazmasını kompyuterdə Microsoft Word redaktorunda Azərbaycan, rus və ingilis dillərində, Times New Roman şrifti ilə, 12 ölçüdə, 1,5-intervalla, A4 formatlı ağ vərəqdə tərtib etmək lazımdır. Məqalənin həcmi 6-7 səhifədən az olmamalıdır.
Məqalənin quruluşu:
- məqalənin UOT indeksi
- Müəllifin soyadı, adı, atasının adı.
- İşlədiyi müəssisənin adı, vəzifəsi, elmi adı və elmi dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin forması)
- İşlədiyi müəssisənin (və ya doktorant olduğu təşkilatın ) ünvanı (poçt nömrəsi göstərilməklə)
- Müəllifin email ünvanı
- Məqalənin yazıldığı dildə qısa xülasəsi və açar sözlər (6-10)
- Baş hərflərlə məqalənin adı
- Məqalənin mətni
- İstinad olunmuş ədəbiyyat siyahısı
- Digər iki dildə məqalənin adı və müəllifin adı və soyadı göstərilməklə qısa xülasəsi və açar sözlər (6-10)
Qeyd: Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər tələb edə bilər.
Materiallar 25 yanvar 2021-ci il tarixinədək journal.admiu@gmail.com elektron poçtuna qəbul olunur.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Tel.: (+994 12) 599 00 54 (164)