• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    2021-ci il 22 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Xoreoqrafiya Akademiyası tərəfindən "Xoreoqrafiya sənəti: Mövcud Problemlər, Müasir istiqamətlər və İnkişaf Perspektivləri" mövzusunda Beynəlxalq Elmi-Praktiki onlayn Konfrans keçiriləcəkdir.

    Konfrans Azərbaycanda xoreoqrafiya sənətinin müasir problemlərinin aşkarlanması, həlli yollarının müəyyən edilməsi, tədqiqi və təbliği məqsədilə keçirilir.

    Konfrans Zoom proqramı üzərindən video-toplantı formatında təşkil ediləcəkdir.

    Konfransda iştirak etmək üçün ərizələr 20 fevral 2021-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanı vasitəsilə qəbul olunur.

    Yalnız qeydiyyata alınmış iştirakçılara konfransa qoşulmaq üçün müvafiq elektron məlumatlar göndəriləcək.

     Məruzələr (3-6 səhifə həcmində) A4 formatında, Timen New Roman şrifti ilə, ölçü 14, 1 intervalla yığılır. Məqalənin başlığında 3 dildə məqalənin adı,

     

    müəllifin adı, soyadı və atasının adı, işlədiyi müəssisənin adı və e-mail ünvanı, 3 dildə (Azərbaycan, rus, ingilis) açar sözlərlə birgə xülasə yerləşdirilir. Ədəbiyyat siyahısına keçidlər mətndə mötərizədə sıra nömrəsi ilə qeyd olunur. Ədəbiyyat siyahısı əlifba sırası ilə verilir. Məruzənin mətni konfransın materiallar toplusunda nəşr olunacaqdır.

    Konfransda iştirak və materialların çap olunması şərtləri haqqında əlavə məlumat (+994 50) 522 88 22 whatsapp nömrəsinə mesaj yazmaqla əldə etmək mümkündür.