• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 dekabr 2020-ci il

    Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətləri olan, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, 1991-1996-ci illərdə "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri olmuş,  Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, çoxsaylı kitab və məqalələrin müəllifi, tələbələrinin böyük rəğbətini qazanmış musiqişünas Səadət xanım Seyidova dünyasını dəyişmişdir.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın kollektivi adından Səadət Seyidovanın vəfatı ilə əlaqədar ailə üzvlərinə və yaxınlarına dərin hüzn və kədərlə baş sağlığı veririk!

    Allah rəhmət etsin!!!Məkanı cənnət olsun!