• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu 2021-ci ildə keçiriləcək "Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər" mövzusunda müsabiqə elan edir.

    Bu müsabiqə 14-17 yaş və 18-21 yaşlarında olan iki yaş qrupu gənclər üçün nəzərdə tutulmuşdur.

    Müsabiqədəki əsas məqsəd xüsusilə pandemiya dövründə tarixi şəhərləri gənclərin gözü ilə kəşf etmək və onlara öz tarixi şəhərlərinin postpandemiya dövründə necə olacağı barədə  təsəvvürlərini ifadə etməyə imkan yaratmaqdır. İştirakçılar mövzuya uyğun 5 dəqiqəlik video hazırlayaraq 01mart 2021-ci il tarixdən gec olmayaraq İTMQ idarəsinə təqdim edə bilərlər. Qaliblər Ümumdünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2021-ci ilin iyun ayından sonra elan ediləcəkdirlər.