• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Mənim Təhsil Müəssisəm"

    Məlumat üçün qeyd edirik ki, 2020-2021 tədris ilinin başlaması ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Ali və orta ixtisas təhsil müəssisələrinə yeni qəbul olmuş tələbələrin ölkənin ən böyük təhsil müəssisələri ilə bağlı məlumatlandırılması məqsədi ilə “Xoş Gəldin!” layihəsinin çərçivəsində ölkə üzrə 100-ə yaxın təhsil müəssisəsinin video/mətn tanıtımının (orientasiya) təşkil edilməsini planlaşdırır. Cari COVİD-19 pandemiyasının səbəb olduğu sosial təcrid tədbirlərini nəzərə alaraq layihənin əsas məqsədlərindən biri ATGTİ-nin veb-səhifəsində hər bir Ali təhsil müəssisəsi haqqında onlayn video\mətn tanıtımı formatında məlumatlar yerləşdirməklə tələbələri daxil olduqları təhsil müəssisələri barəsində mühüm informasiyalarla məlumatlandıraraq onların yeni tədris ilinə daha sürətli şəkildə adaptasiya olmalarına yardımçı olmaqdır.

    Nəzərinizə çatdırmaq istərdik ki , “Xoş Gəldin!” layihəsinin mühüm tərkib hissəsi kimi Ali təhsil müəssisələri haqqında tanıtım məqsədli informasiyaların ATGTİ-nin veb-səhifəsində “Mənim Təhsil Müəssisəm” bölümündə yerləşdirilməsi nəzərdə tutulur.