• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili

    ″Skandinaviya Ölkələri İlə Mədəni Və Elmi Əlaqələr″ ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olmuşdur. “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adı altında layihənin icrasına başlanmışdır. Layihənin ərsəyə gəlməsində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, musiqi xadimləri yaxından iştirak edir. Həmçinin tanınmış sənətkarlardan xalq artistləri Zümrüd Məmmədova (xanəndə), Ramiz Quliyev (tar), əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança) ixtisas fənnlər üzrə region müəllim və şagirlərinə onlayn ustad dərsləri keçəcəklər.   

    Layihə çərçivəsində ustad ifaçılar regionlarda yaşayan istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçərək onların yaradıcılığına dəstək olacaq. Layihə qalib elan edildikdən sonra Azərbaycanın minimum 2 rayon mərkəzi musiqi məktəbləri ilə danışıqlar aparılacaq onlar vasitəsi ilə  ətraf rayon və kəndlərdən də istedadlı musiqiçilər onlayn dərslərə cəlb ediləcəkdir. Layihə ustadlarla region məktəb müəllimləri arasında 2 onlayn görüş və tedris metodikası üzrə müzakirə ilə başlayacaq. Ardından onlayn şəkildə Şamaxı və Xaçmaz rayon şagirdlərinə ayrılıqda 2 ustad tərəfindən cəmi 4 musiqi dərsləri keçiriləcək. Yəni layihəyə 2 pedaqoq tərəfindən hər region şagirdlərinə 2 dərs  və  müəllimlərlə cəmi 2 onlayn müzakirə daxildir. Dərslərdə  region müəllimlərinin də iştirakı sərbəstdir.