• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “MS Teams” və “Cisco Webex” təlimat sessiyaları

    Ölkədə  COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi dövründə təhsil pillələri üzrə təlim-tədris prosesləri məsafədən təşkil edilir.

    Bu səbəbdən, ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsildən geri qalmamaları və təhsillərini müvafiq qaydada davam etdirmələri, o cümlədən ali təhsil müəssisələrində distant təhsilin təşkilinə dəstək məqsədilə Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən imkanlar yaradılıb.

    Təhsilverənlər üçün təlim xidmətləri  - http://shorturl.at/fxyC5 linkini istifadə edərək ödənişsiz “MS Teams” və “Cisco Webex” təlimat sessiyalarına yazıla bilərlər.

    İnternet kompüter mərkəzləri – tələbələr birbaşa yaşadıqları əraziyə yaxın mərkəzə müraciət edərək, həmin mərkəzin avadanlıqlarından istifadə üçün tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə yerində qeydiyyatdan keçməlidirlər. Mərkəzlərdən istifadə dərs saatlarından sonraya təyin olunmuşdur.