8 oktyabr 2020-ci il
Əziz həmvətənlərimiz! Azərbaycanın əziz dostları!
Bu gün xalqımız öz tarixinin şanlı səhifələrini yaşayır. Biz azərbaycanlılar, neçə illər boyu davam edən ağrılı, iztirablı, faciəli hadisələrdən, ağır itkilərdən sonra öz doğma torpaqlarımızı qaytarırıq, bizim gözəl Vətənimizin, suveren və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edirik!
Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ – Azərbaycandır!” sözləri bizim tariximizə qızıl hərflərlə həkk olunacaq. Çünki, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı müharibə - ədalətli müharibədir. Bu, Vətən müharibəsidir. Azərbaycanın ərazisində aparılır və erməni təcavüzçüləri tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarının qaytarılması məqsədini daşıyır.
Bizim şanlı ordumuz, cəbhə xəttində cəsarətlə vuruşaraq, bütün dünyaya Azərbaycan Dövlətinin qüdrətini və qüvvətini nümayiş etdirir. Doğma torpaqlarımızın bəzi əraziləri erməni işğalçılarından təmizlənib. Bu, həqiqətən bayramdır, bu, “göz yaşardan” qələbədir. Xüsusilə bizim üçün, musiqi ictimaiyyətinin nümayəndələri üçün. Bizim bir çoxumuz bəhrəli Qarabağ torpağının yetirmələriyik. 30 ilə yaxındır ki, biz əcdadlarımızın dəfn olunduğu yerlərə gedib, onların xatirəsini ana bilmirik, biz doğma torpağımızdan uzaq, sözün əsl mənasında, musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşadan uzaqdayıq. Axı məhz Şuşada Xurşidbanu Natəvanın, Səməd bəy Mehmandarovun, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev-muzeyləri yerləşirdi. Şuşa – bizim əcdadlarımızın şəhəri olub, nə qədər xoş xatirələrimizlə bağlıdır. Şuşa həm bizim kədərimiz, həmdə bizim ağrımızdır.
Biz musiqiçilər, mədəniyyət və incəsənət xadimləri, ölkəmiz üçün bu çətin günlərdə ancaq bir şey arzulayırıq! Əlbəttə ki, bu hər bir azərbaycanlının arzusudur – ermənilərdən işğal edilmiş torpaqlarımızın azad olunması. Biz ürəkdən inanırıq ki, ədalət zəfər çalacaq, qələbə bayrağı Üzeyir bəyin qəhrəmani musiqisinin sədaları altında Şuşada dalğalanacaq. Biz Şuşaya onun möhtəşəm musiqiçilərini və ifaçılıq məktəbini qaytaracağıq. Biz bu müqəddəs torpaqda yaşayacaq, yaradacaq, əsərlər bəstələyəcək, ifa edəcək, gələcək nəsillərimizi yetişdirəcək, onun Azərbaycan musiqi istedadlarının “beşiyi” olduğunu bir daha sübut edəcək, bu haqqını bərpa edəcəyik.
“Böyük Qələbə gününü yaxınlaşdırmaq üçün əlimizdən gələni etmək bizim hər birimizin borcudur!” Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın bu sözləri bu gün bizim Vətənimizin bütün vətəndaşlarına ünvanlanıb. Bizim hər birimiz öz qüvvəsi daxilində mübarizə aparmalıdır – axı mədəniyyət-informasiya cəbhəsi də mübariz ruh və müvafiq hazırlıq tələb edir.
Biz, musiqi mədəniyyəti və incəsənət xadimləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş Komandanının ölkəmizin doğma torpaqlarını qaytarmaq əzmini dəstəkləyir və salamlayırıq. Öz tərəfimizdən, informasiya cəbhəsindəki mübarizədə iştirak etməyi müqəddəs vəzifəmiz bilirik, həmçinin, biz bütün dünyaya Ermənistanın işğalçılıq siyasəti, vəhşicəsinə dağıdılmış evlər, öldürülmüş dinc əhali, məhv olunmuş mədəniyyət abidələri haqqında məlumatı çatdırmağı özümüzə borc bilirik.
Bizim işimiz haqdır və qələbə bizim olacaq! Bizim şanlı ordumuz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə qələbə əzmi ilə irəli addımlayır!!! Bəli, təəssüf ki, bizim itkilərimiz də var. Ürək ağrısı ilə biz qəhrəman əsgərlərimizin şəhid olmasından, şəhərlərimizin və dinc əhalinin atəşə məruz qalmasından danışırıq. Lakin Azərbaycanın vətənpərvər döyüşçülərinin qəhrəmanlığı əbəs deyil. İşğalçılar bizim qanuni ərazilərimizdən qovulacaq və biz, nəhayət ki, doğma ellərimizi görəcəyik, doğma torpaqlarımızı öpə biləcəyik. Azərbaycan Dövlət Himninin sədaları altında Qələbə bayrağının Şuşada yüksəldilməsini mütləq görəcəyik. Daha sonra biz orada Böyük Qələbənin şərəfinə ən möhtəşəm konsertimizi keçirəcəyik!!!
Qarabağ – Azərbaycandır!!! Bizim şanlı ordumuza və Ali Baş Komandanımıza eşq olsun!!! Azərbaycana eşq olsun!!!
SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
BMA-nın professor-müəllim heyəti
SSRİ və Azərbaycanın Xalq artisti, professor Fidan Qasımova
Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova
Prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva
Prorektor, Azərbaycanın Xalq artisti, professor Eganə Axundova
Prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə
Dekan, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə
Dekan, Əməkdar müəllim, professor Nazakət Rimazi
Dekan, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova
Professor Leyla Məmmədova-Fərəcova
Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov
Azərbaycanın Xalq artisti, professor Gülbacı İmanova
Azərbaycanın Xalq artisti, professor Yalçin Adıgözəlov
Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva
Azərbaycanın Xalq artisti, professor Yusif Axundzadə
Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyev
Azərbaycanın Xalq artisti, professor Ülviyyə Hacıbəyova
Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov
Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov
Дорогие соотечественники! Дорогие друзья Азербайджана!
Сегодня азербайджанский народ переживает славные страницы своей истории. Мы, азербайджанцы, после стольких лет боли, страданий, трагических событий, тяжелых потерь, возвращаем свои исконные земли, восстанавливая целостность территории нашей прекрасной Родины, нашего суверенного и независимого Азербайджана!
Слова Президента Азербайджана Ильхама Алиева «Карабах – это Азербайджан!» будут золотыми буквами вписаны в нашу историю. Потому что война, которую ведет азербайджанский народ под предводительством Верховного Главнокомандующего Ильхама Алиева – это справедливая война, это война Отечественная, которая ведется на территории Азербайджана и ставит своей целью возвращение оккупированных армянскими агрессорами исконных азербайджанских земель.
Наша доблестная армия, храбро сражаясь на линии фронта, демонстрирует всему миру мощь и силу Азербайджанского Государства. Часть территорий нашей родной земли уже очищена от армянских захватчиков. Это действительно праздник «со слезами на глазах». Особенно для нас, представителей музыкальной общественности, уроженцев благодатного Карабаха. Почти 30 лет мы были вдали от родной земли, вдали от Шуши, которую справедливо называют колыбелью музыкальной культуры. Ведь именно в Шуше находились дома-музеи Хуршидбану Натаван, Самед бека Мехмандарова, Узеира Гаджибейли, Бюльбюля, Мир Мохсуна Навваба. Шуша – город наших предков, Шуша - город, с которым связано столько светлых воспоминаний, Шуша – наша печаль, Шуша – наша боль.
О чем мечтаем мы, музыканты, деятели искусства и культуры, в эти непростые для нашей страны дни? Конечно, самое заветное желание каждого из нас — освобождение оккупированных армянами земель. Мы свято верим, что справедливость восторжествует, и знамя победы будет развеваться в Шуше под героические звуки музыки Узеир-бека. Мы вернем Шуше ее великую школу музыкантов и исполнителей, восстановив ее право называться «колыбелью» азербайджанских музыкальных талантов.
« Долг каждого из нас сделать все возможное, чтобы приблизить день Великой Победы!». Эти слова Первого Вице-Президента Азербайджана Мехрибан Алиевой адресованы сегодня всем жителям нашей Родины. Каждый из нас по мере сил должен вести борьбу – ведь культурно-информационный фронт также требует боевого духа и соответствующей подготовленности.
Мы, деятели культуры и искусства, поддерживаем и приветствуем Президента Азербайджана, Верховного Главнокомандующего Вооруженными Силами в его желании и твердом намерении вернуть исконные земли Азербайджану. Со своей стороны считаем своим святым долгом принять участие в борьбе на фронте информационном, где мы просто обязаны донести до всего мира сведения об оккупационной политике Армении, о варварски разрушенных домах, об убитых мирных жителях, об уничтоженных памятниках культуры.
Наше дело правое и победа будет за нами! Наша доблестная армия во главе с Главнокомандующим, Президентом Азербайджана Ильхамом Алиевым победно идет вперед!!! Да, у нас, к сожалению, есть потери. Гибнут наши героические солдаты, обстрелам подвергаются города и мирные жители. Но подвиги славных азербайджанских воинов-патриотов будут не напрасны. Захватчики будут изгнаны с наших законных территорий и мы, наконец, сможем увидеть родные края, сможем припасть к своей земле. Мы обязательно увидим, как под торжественные звуки Государственного Гимна Азербайджана будут водружать знамя победы в Шуше. А затем мы организуем там самый блистательный концерт в честь дня Великой Победы!!!
Карабах – это Азербайджан!!! Слава нашей доблестной армии и нашему Верховному Главнокомандующему!!!
Народный артист СССР и Азербайджана,
Ректор Бакинской Музыкальной Академии
имени Узеира Гаджибейли
профессор Фархад Бадалбейли