• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    ELAN! TƏQDİMAT

    Görkəmli müğənni, pianoçu və pedaqoq, Azərbaycanın Xalq artisti, professor Rauf Atakişiyevin 95 illiyi ilə əlaqədar (15.07.1925 – 03.02.1994) 15 iyul tarixində, Musiqiçinin doğum günündə, Bakı Musiqi Akademiyasının rəsmi saytında «Rauf Atakişiyev. Məqalələr, xatirələr, materiallar» kitabının ikinci, əlavələr olunmuş onlayn-nəşrinin təqdimatı keçiriləcək. Kitab BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanmışdır. Tərtibçi-redaktor – Tərlan Seyidov, elmi redaktor – Kamilə Dadaşzadə, rəyçilər – Fərhad Bədəlbəyli və Zemfira Qafarova.

     

    ОБЪЯВЛЕНИЕ! 

     В связи с 95-летием выдающегося певца, пианиста и педагога, Народного артиста Азербайджана, профессора Рауфа Атакишиева (15.07.1925 – 03.02.1994) 15 июля, в день рождения Музыканта, на официальном сайте Бакинской музыкальной академии состоится презентация второго, дополненного онлайн-издания книги «Рауф Атакишиев. Статьи, воспоминания, материалы». Книга подготовлена в Средней специальной музыкальной школе-студии БМА. Редактор-составитель Тарлан Сеидов, научный редактор – Кямиля Дадашзаде, рецензенты – Фархад Бадалбейли и Земфира Кафарова.

     

    ПРЕЗЕНТАЦИЯ