• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    ƏZİZ İZLƏYİCİLƏR!

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Britaniya şurası ilə əməkdaşlıq çərçivəsində Birləşmiş Krallığın East London Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə həyata keçirdiyi “Creative Spark” layihəsinin bir hissəsi olan “Big İdea Challenge 2020” müsabiqəsində BMA-nın tələbələri Məmməd Mahmudzadə və Fərid Əli “Baku Records” ideyası ilə Azərbaycan üzrə finalçı seçiliblər.

    6-19 iyul 2020-ci il tarixində ölkə finalçıları arasında “Xalq səsverməsinin qalibi” seçiləcək.

    Aşağıda qeyd olunan keçidə daxil olmaqla, “VOTE NOW” düyməsini klikləyib, BMA-nın tələbələrinə səs verərək dəstək ola bilərsiniz.

    https://creativespark-bigidea.uk/finalists-2020/baku-records