• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    MAGİSTRATURAYA QƏBUL OLUNMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ!

     

    MAGİSTRATURAYA QƏBUL OLUNANLARIN QEYDİYYATI  ONLAYN QAYDADA   6-dan  15  İYUL 2020-Cİ İL TARİXƏ GƏDƏR HƏYATA KEÇİRİLƏCƏK. QEYDİYYAT  ZAMANI AŞAĞIDAKI SƏNƏDLƏR TƏQDİM OLUNMALIDIR:

    1. ŞƏXSİYYƏT VƏSİQƏSİNİN   SURƏTİ

    2. 6 ƏDƏD FOTO 3/4

    3. BAKALAVR DİPLOMU (NOTARİUSDA TƏSDİQ OLUNMUŞ SÜRƏTİ) BU İLKİ MƏZUNLARA AİD DEYİL)

    4. DİM-dən VERİLMİŞ   İŞ NÖMRƏSİ VƏ  İSTİFADƏÇİ  ADI

     5. ÖDƏNİŞLİ QƏBUL OLUNANLAR ÜÇÜN  İLLİK TƏHSİL HAQQI QƏBZİNİN SURƏTİ

    6. HƏRBİ QEYDİYYAT VƏSİQƏSİNİN VƏ YA HƏRBİ BİLETİN SURƏTİ(OĞLANLAR ÜÇÜN)

    BÜTÜN SƏNƏDLƏR SKAN OLUNUB Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. E-MAİL ÜNVANA GÖNDƏRİLMƏLİDİR.BUNDAN SONRA SIZƏ TƏSDİQ E-MAİL GƏLƏCƏK  VƏ MÜQAVİLƏ GÖNDƏRİLƏCƏK.MÜQAVİLƏNİ DOLDURUB  İMZA ATARAQ  GERİ GÖSTƏRİLƏN E-MAİLƏ GÖNDƏRMƏLİSİNİZ.