• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərar qəbul etmişdir.

     

             Qeyd olunan Qərarda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestriləri ücün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmuşdur:

    1. Ünvanlı dövlət sosial yardımı alanlar;
    2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
      • I və II dərəcə əlilliyi olan şəxslər;
      • Işsiz kimi qeydiyyatda olanlar;
      • Yaşa görə əmək pensiyaçıları;
      • Yaşa görə sosial müavinət alanlar.

    Qeyd olunan Qərarda aşağıdakı tələbələrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənişi nəzərdə tutulmamışdır:

    1. Təkrar ali təhsil alan tələbələrər;
    2. Normativ təhsil müddətindən cox təhsil alan tələbələr;
    3. Əyani təhsil almayan tələbələr.

    2020-ci ildə tədris semestri dedikdə 2019/2020-ci tədris ilinin ikinci (yaz) və 2020/2021-ci tədris ilinin birinci (payız) semestrləri başa düşülür.

    Tələbədə təhsil haqqı xərcinin dövlət büdcəsi hesabına ödənilməsi hüquqi 2020-ci tədris semestrləri müddətində müraciət tarixinə yuxarıda göstərilən şərtləri hər hansı biri olduqda təmin olunur. 2019/2020-ci tədris ilinin ikinci (yaz) semestri ücün tələbənin son müraciət tarixi iyun ayının 1-dək, 2020/2021-ci tədris ilinin birinci (payız) semestri ücün isə dekabr ayının 1-dək nəzərdə tutulur.

             Bununla bağlı, Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyası tərəfindən verilən e-mail  (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) və ya (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) vasitəsilə bu kategoriyaya aid olan BMA-nın tələbələri müraciət edə bilərlər. Müraciətdə, tələbəyə aid olunan məlumatlar təqdim edilməlidir:

    1. tələbənin şəxsiyyətini təsdiq edən sənədin, doğum haqqında şəhadətnamənin, tək valideyni olduqda əlavə olaraq digər valideynin ölüm haqqında şəhadətnamənin, qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarının və nümayəndələrin sosial statusunu (ÜDSY alan ailə, qeydiyyatdan kecmiş işsiz, I və II dərəcə əlil, yaşa görə əmək pensiyacı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənədlərin elektron surəti tələb olunur.