III Beynəlxalq “World Harmony” müsabiqəsi
2020-ci il fevral ayının 22-də saat 19:00-da III Beynəlxalq “World Harmony” müsabiqəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Fortepiano musiqi axşamı” adlı konsert keçiriləcəkdir.
Qeyd edək ki, konsertdə Beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatı laureatı Fəqan Həsənli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova və A.Q.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun Fortepiano incəsənəti kafedrasının müəllimi, professor Rüstəm Şayxutdinov iştirak edəcəkdirlər.
Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənəcəkdir.