• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan

    2 fevral 2020-ci il tarixində saat 19:00-da İsrailin Tel-Əviv şəhərinin Rusiya Mədəniyyət mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi həyata keçiriləcək. Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində bəstəkar İsrafilova İlahə Qismət tərəfindən qalib elan edilmişdir. Azərbaycan mədəniyyətinə və milli qəhrəmanı A. Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosasiyasıdır.
    Layihə İsraildə yaşayan Azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsini, həmçinin tədbir vasitəsi ilə Azərbaycan həqiqətlərinin Dünya ictimaiyyətinə bir daha çatdırılmasını əsas məqsəd götürür. Bədii hissədə Azərbaycandan İsrailə yollanacaq Bakı Musiqi Akademiyasının əməkdaşları və məzunları: AR xalq artisti Zümrüd Məmmədovanın, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) iştirakı ilə yanaşı İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir. Tədbirdə “Vətən” mövzulu əsərlərlə bahəm Azərbaycanın görkəmli bəstəkarları Ü. Hacıbəyli,V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların musiqilərindən ibarət konsert proqramı baş tutacaq.
    Hər biriniz bu əlamətdar tədbirə dəvətlisiniz!
    02.02.2020 saat:19:00, Rusiya Mədəniyyət mərkəzi (Tel-Əviv)
    Ünvan: Tel-Əviv, Geula küçəsi, № 38
    Giriş sərbəstdir




    В Израиле состоится концерт “Qurbetden Veten Sedalari: İsrail-Azerbaycan” ( «Голоса отечества на чужбине: Израиль-Азербайджан»).
    Проект осуществляется с участием победителя 13-го грантового конкурса Фонда Молодежи Азербайджана, молодым азерайджанским композитором - Исрафиловой Илахи Гисмет.
    Мероприятие, призванное популяризировать азербайджанскую культуру и посвященное памяти Национального героя Азербайджана Альберта Агарунова, проводится при организационной поддержке Международной ассоциации Израиль-Азербайджан “АзИз”.
    Проект имеет целью повышение чувства патриотизма у азербайджанской молодежи, проживающей в Израиле, а также дальнейшую популяризацию азербайджанских реалий среди мирового сообщества.
    В концертной программе примут участие: Народная артистка Азербайджана Зумруд Мамедова, лауреаты международных конкурсов Фаган Гасанли, Неймат Мурсалов, Илаха Исрафилова (композитор), а также профессиональные скрипачи из Израиля - Зарифа Алхазова и Гамар Керимли.
    В концерте наряду с произведениями выдающихся композиторов Азербайджана У. Гаджибейли, В. Адыгезалова, Г. Гараева, Ф. Ализаде и Илахи Исрафиловой, прозвучит музыка израильских и западноевропейских классиков.
    Концерт состоится в День азербайджанской молодёжи - 02.02.2020, в 19:00 в Российском Культурном центре (Тель-Авив, ул.Геула, 38).
    Вход свободный