• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Low Latency Audiovisual Streaming System.

    20 dekabr 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycanda LoLa (Low Latency Audiovisual Streaming System) layihəsinin rəsmi təqdimatı keçiriləcəkdir. “Ənənələri birləşdirək” devizi altında keçiriləcək bu tədbirdə Bakı Musiqi Akademiyasının və Estoniyanın Musiqi və Teatr Akademiyasının sənətçilərinin ifaları yer alacaq.

     Tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən EaPConnect layihəsi çərçivəsində baş tutacaq. Tədbirə Azərbaycanda AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm və təhsil şəbəkəsi, Tallində isə EENet Estoniya tədqiqat və təhsil şəbəkəsi tərəfindən texniki dəstək göstəriləcək.